Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Ağ ev: "Rusiya kommersiya peyklərini vurarsa, ABŞ Moskvaya cavab verəcək"

370
Ağ ev: "Rusiya kommersiya peyklərini vurarsa, ABŞ Moskvaya cavab verəcək"
Dinləmək üçün basın

Ağ Ev bildirir ki, Rusiya kommersiya peyklərini vurarsa, ABŞ Moskvaya cavab verəcək.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi açıqlama verib.

Onun sözlərinə görə, ABŞ infrastrukturuna istənilən hücumun ardınca cavab veriləcək. O, həmçinin qeyd edib ki, Rusiyanın peyk əleyhinə texnologiyalara yiyələnməyə çalışdığı barədə ictimaiyyətə açıq məlumatlar var.

Xatırladaq ki, bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Konstantin Vorontsov ABŞ və müttəfiqlərinin kosmosda mülki infrastrukturdan, o cümlədən kommersiya peyklərindən silahlı münaqişələrdə istifadə edəcəyini və bu peyklərin qanuni hədəfə çevrilə biləcəyini bildirmişdi. 

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →