Potinin majoritar deputatı İrakli Xaxubia Tbilisidəki mənzilində ölü tapılıb.
InterPress.ge xəbər verir ki, deputatın evində odlu silah tapılıb.
Hazırda polis hadisə yerində işləyir.
Xaxubia Gürcüstanın 9-cu və 10-cu çağırış parlamentinin deputatı olub.
İrakli Xaxubianın oğlu, 21 yaşlı Beka Xaxubia 2017-ci il mayın 17-də Qori tunelinin yaxınlığında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.
