10 yaşlı uşağı hədə-qorxu ilə evin qapısını açmağa razı salmaq istəyən şəxs saxlanıldı
Əvvəllər məhkum olunmuş və hazırda şərti cəza çəkən 1996-cı il təvəllüdlü V.D. Tbilisidə azyaşlıya hədə-qorxu gəlməkdə ittiham olunaraq saxlanılıb.
InterPress.ge xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyi məlumat verib.
İstintaqla müəyyən edilib ki, bu il oktyabrın 25-də təqsirləndirilən şəxs 2012-ci il təvəllüdlü A.K.-nın mənzilinin qapısını döyərək ona köməyə ehtiyacı olduğunu deyib və rədd cavabı aldıqdan sonra azyaşlıdan müxtəlif yollarla, o cümlədən təhdidlərlə mənzilinin qapısını açmasını tələb edib. Azyaşlı polisə zəng edəcəyini söyləyəndən sonra V. D. qaçaraq gizlənib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları hadisədən sonra ikinci gün Tbilisidə cinayəti törətməkdə şübhəli bilinən şəxsi saxlayıblar.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin yetkinlik yaşına çatmayan şəxsə hədə-qorxu gəlməyi nəzərdə tutan 151-ci maddəsinin 2-ci hissəsi ilə aparılır.
Cinayət 3 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.


