27 
Okt
2022
10:33
1496

Marneulidə baş verən güllələnmə hadisəsi ilə bağlı bir nəfər saxlanıldı

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon Şöbəsinin əməkdaşları xarici ölkə vətəndaşı, 1985-ci il təvəllüdlü H.İ.-ni saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat verib.

O, qəsdən sağlamlığa yüngül xəsarət yetirmə və qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirmə maddələri ilə ittiham olunur.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs bu il oktyabrın 23-də Marneuli bələdiyyəsinin Qızılhacılı kəndində 1970-ci il təvəllüdlü A.A.-ni odlu silahdan açdığı atəşlə yaralayıb və hadisə yerindən qaçıb. Xəsarət alan şəxsə müvafiq tibbi yardım göstərilib. Onun səhhəti stabildir. Hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində H.İ.-ni təqsirləndirilən şəxs qismində saxlayıblar. 

Polis cinayət silahını - odlu silahı sübut kimi götürüb. 

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin qəsdən sağlamlığa yüngül xəsarət yetirmə və qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirmə maddələrinə əsasən aparılır. 

Cinayətlər 7 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
 

 

Bizimlə əlaqə saxlayın