27 
Okt
2022
09:12
521

Avtomobil sahiblərinin nəzərinə! Bu cərimələr artırıla bilər

Atmosfer havasının çirklənməsinin azaldılması məqsədilə texniki nasazlığı olan avtomobillərin hərəkətinə qarşı sanksiyaların sərtləşdirilməsi nəzərdə tutulur.  

InterPress.ge xəbər verir ki, “Gürcüstanın İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər” parlamentin payız sessiyasında müzakirəyə çıxarılacaq.

Parlamentin Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlər Komitəsinin sədri Maia Bitadzenin sözlərinə görə, dəyişiklik texniki baxışdan keçmək öhdəliyinin yerinə yetirilməməsi halında sanksiyaların sərtləşdirilməsini nəzərdə tutur.

Bitadze “İşgüzar səhər” proqramında bildirib ki, texniki baxışdan keçməməyə görə indi qüvvədə olan ilkin cərimə dəyişməz qalacaq, lakin ilk cərimədən sonra subyekt avtomobilini texniki baxışdan keçirməzsə, 150-dən 700 GEL-ə qədər sanksiya tətbiq olunacaq.

“Biz qanun layihəsi hazırlamışıq ki, ilkin cərimə olan 50 lari artırılmayacaq və o, toxunulmaz qalacaq. Lakin biz təkrar sanksiya tətbiq edirik və həmin şəxs cərimələndikdən sonra 30 gün ərzində texniki baxışdan keçməyə mane olan qüsuru aradan qaldırmasa, sanksiyalar daha da artacaq. Fiziki və hüquqi şəxslər üçün sanksiyalar müxtəlifdir və 150 ​​lari ilə 700 lari arasında dəyişir”, - Maia Bitadze deyib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər