26 
Okt
2022
14:02
372

Mixeil Saakaşvilinin məhkəməsi yenidən təxirə salındı

Gürcüstanın dövlət sərhədini qanunsuz keçməkdə təqsirləndirilən sabiq prezident Mixeil Saakaşvilinin məhkəməsi bu gün təxirə salınıb. 

InterPress.ge xəbər verir ki, iclas 2 noyabr saat 13:00-da keçiriləcək. 

Penitensiar müəssisədən göndərilən bildirişdə deyilir ki, Saakaşvili səhhətinə görə iclasa gəlməkdən imtina edir və təqsirləndirilən Mixeil Saakaşvilinin ifadəsi verməsi mütləq olduğundan, iclas təxirə salınıb. 

Xatırladaq ki, Mixeil Saakaşvilinin sərhədi qanunsuz keçməsi ilə bağlı istintaq oktyabrın 1-də başlayıb.

Sözügedən iş çərçivəsində daha 4 şəxsə - Elquca Tsomaia, Zurab və Şalva Tsotsori və Qiorqi Narimanidzeyə qarşı ittiham irəli sürülüb və ayrı-ayrılıqda icraat aparılır. Adıçəkilən şəxslər təqsirlərini etiraf ediblər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər