26 
Okt
2022
13:15
2044

Gürcüstanda neçə nəfərin banka olan borcunun vaxtı keçib?

Gürcüstanda kredit götürənlərin 11,4%-nin borcunun vaxtı keçib.

InterPress.ge xəbər verir ki, bu barədə “Kreditinfo”nun 2022-ci ilin sentyabr ayına olan statistikasında qeyd olunub.

Bildirilib ki, 215 909 kredit götürən şəxsin  borcalanın ödəmə müddəti 30 gündən 3 ilə qədər keçib, müqavilələrin sayı isə 412 043 təşkil edir.

Ümumilikdə, sentyabr ayına olan məlumata görə, Gürcüstanda 1 895 529 nəfərin maliyyə sektoruna 35 335 692 740 lari borcu var.

Qeyd edək ki, borcalanların 84,5%-i bank sektorunun payına düşür. Sentyabr ayına olan məlumata görə, 1 600 991 nəfər banklardan ümumilikdə 32 121 045 013 lari kredit götürüb.

Bundan əlavə, Milli Bank tərəfindən tənzimlənən digər maliyyə institutlarının (mikromaliyyə, kredit təşkilatları) 694 618 kreditoru var və verilən kreditlərin məbləği 2 774 443 297 lari təşkil edir. Daha 22 469 nəfər, ümumilikdə, lizinq, tikinti və digər növ şirkətlərdən 440 204 430 lari kredit götürüb.

Bizimlə əlaqə saxlayın