Almaniyanın avtomobil istehsalçısı Mercedes-Benz şirkəti Rusiya Federasiyasından çıxdığını və yerli törəmə müəssisələrinin, o cümlədən Moskva vilayətindəki avtomobil zavodunun səhmlərinin satışını rəsmən elan edib.
InterPress.ge xəbər verir ki, Rusiyanın Sənaye və Ticarət Nazirliyi bildirib ki, "Avtodom Holdinq" Mercedes-Benz-in Rusiya bölmələrinin yeni sahibi kimi istehsalı davam etdirmək üçün digər şirkətləri də cəlb edə biləcək.
Reuters yazıb ki, Mercedes-Benz Rusiyanı tərk edən sonuncu xarici avtomobil istehsalçısı olub.
