"Biz heç vaxt bağışlamayacağıq, qisas ədalətli və qaçılmaz olacaq".
InterPress.ge xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın Dneprə raket hücumuna belə cavab verib.
Həmçinin hücum nəticəsində 3 mülki şəxs ağır yaralanıb.
“Biz hər gün dinc sakinləri öldürən, şəhərləri bombalayan, ukraynalıların həyatını və gələcəyini məhv edən terrorçularla döyüşürük. Biz heç vaxt bağışlamayacağıq, qisas ədalətli və qaçılmaz olacaq”, - deyə Zelenski bildirib.
Ruslar ötən gecə Dnepr üzərinə raket hücumu həyata keçirib. Mərmi parçaları şəhərdəki yanacaqdoldurma məntəqələrindən birinə düşüb və yanğın başlayıb.
