"Rusiya Ukraynanı saxta səbəblərlə işğal edir".
InterPress.ge xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Aparatının müşaviri Mixaylo Podolyak deyib.
"Rusiya Ukraynanı saxta səbəblərlə işğal edir, şəhərləri bombaladı, insanları ölümlə cəzalandırdı, evləri qarət etdi, ailələri parçaladı, kitabları yandırdı, infrastrukturu dağıtdı. Təbliğatçılar onları [rusları] uşaqları öldürməyə çağırır. Mənə bir bir səbəb göstərin ki, hələ də bütün bunlar soyqırım kimi tanınmasın? - Ukrayna prezidentinin aparatının müşaviri bildirib.
