25 
Okt
2022
11:22
268

Türkiyə Respublikasından Gürcüstana qanunsuz olaraq dərman preparatları gətirən şəxs saxlanıldı

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları Gəlirlər Xidmətinin Gömrük Departamentinin nümayəndələri ilə razılaşaraq həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində “Sarp” gömrük-keçid məntəqəsində Gürcüstanın gömrük sərhədindən külli miqdarda bəyan edilməmiş malların gətirilməsi ilə bağlı iki fakt aşkarlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə İstintaq Xidməti məlumat verib.

İstintaq müəyyən edib ki, bir halda Azərbaycan vətəndaşı Türkiyə Respublikasından 15 762 lari dəyərində 12 adda dərman preparatlarını Gürcüstana gətirib, digər halda isə Gürcüstan vətəndaşı Türkiyə Respublikasından təxminən 56 000 lari dəyərində qızıl-zinət əşyalarını gizli yolla gətirib.

Fakt Gürcüstan Cinayət Məcəlləsinin cəza olaraq 5 ildən 7 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutan 214-cü maddəsinin birinci və ikinci hissələri ilə araşdırılır.

Bizimlə əlaqə saxlayın