InterPress.ge xəbər verir ki, bu barədə Rusiyanın dövlət agentliyi “Ria Novosti” region qubernatoruna əsaslanaraq məlumat yayıb.
Xüsusən də, partlayış Novozikovoe və Zlinka qəsəbələri arasındakı dəmir yolu hissəsində baş verib.
Qubernator Aleksandr Boqomazın sözlərinə görə, xəsarət alan olmayıb.
Mövcud məlumata görə, sözügedən dəmir yolundan Rusiya ilə Belarus arasında hərbi daşımalar üçün istifadə olunur.
