Kutaisi hava limanı bu tarixdən uçuşlar qəbul edəcək
Kutaisi Beynəlxalq Hava Limanı oktyabrın 31-dən uçuşları qəbul edə biləcək.
InterPress.ge xəbər verir ki, bu barədə Kutaisi Beynəlxalq Hava Limanının Facebook səhifəsində yayılan məlumatda deyilir.
“Aeroportumuzun sərnişinlərinin nəzərinə! Əlverişsiz meteoroloji şəraitlə əlaqədar uçuş-enmə zolağında bərpa işləri hələ də davam edir və hava limanı oktyabrın 31-dən uçuşları qəbul edə biləcək. Bu müddət ərzində uçuşlar Tbilisi Beynəlxalq Hava Limanından həyata keçiriləcək.
Bu barədə Kutaisi Beynəlxalq Hava Limanında fəaliyyət göstərən aviaşirkətlər (Wizz Air, Wizz Air Abu Dhabi, FlyArystan) məlumatlandırılıb və öz növbəsində sərnişinləri məlumatlandırıblar/məlumatlandıracaqlar”, - Kutaisi Beynəlxalq Hava Limanının məlumatında deyilir.


