Tbilisidə fahişəliyi təşviq etmək ittihamı ilə 6 nəfər saxlanıldı
Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin İnsan Alverinə və Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində 6 nəfər saxlanılıb.
InterPress.ge xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyi məlumat verib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, əvvəllər məhkum olunmuş 1967-ci il təvəllüdlü F.A., əvvəllər məhkum olunmuş 1964-cü il təvəllüdlü M.C., keçmişdə məhkum olunmuş 1954-cü il təvəllüdlü M.B., 1989-cu il təvəllüdlü N.K., 1982-ci il təvəllüdlü S.P. və 1972-ci il təvəllüdlü B.A. qabaqcadan razılaşaraq bir qrup şəxs tərəfindən fahişəliyi təbliğ etməkdə və fahişəlik üçün yer verməkdə ittiham olunurlar.
İstintaq müəyyən edib ki, müttəhimlər müəyyən təzminat müqabilində müştərilərə xidmət etmək məqsədilə Tbilisidəki otellərin - “Otel” və “Titanik” otellərinin otaqlarını sistemli şəkildə fahişəliklə məşğul olan qadınlara veriblər.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 254-cü maddəsinin 3-cü hissəsinin “A” bəndinə əsasən aparılır, bu, əvvəlcədən razılaşaraq bir qrup şəxs tərəfindən fahişəliyin təşviq edilməsi və fahişəlik üçün yer ayırılmasını nəzərdə tutur.


