23 
Okt
2022
12:34
413

Polis Tbilisidə bir nəfəri saxladı

Daxili İşlər Nazirliyinin əməkdaşları Tbilisinin Lağidze küçəsində adam öldürməyə cəhd faktı ilə bağlı bir nəfəri saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi bildirib.

Bildirilib ki, təqsirləndirilən şəxs Lağidze küçəsində 4 nəfərlə mübahisə edib, bu zaman əl qumbarasını onlara tərəf atıb, nəticədə 3 nəfər yaralanıb.

Daxili İşlər Nazirliyinin Tbilisi Polis İdarəsinin Köhnə Tbilisi Baş Bölməsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş 1987-ci il təvəllüdlü L.M.-ni ağırlaşdırıcı şəraitdə adam öldürməyə cəhd və qanunsuz olaraq partlayıcı qurğunun alınması, saxlanması və gəzdirilməsi ittihamı ilə saxlayıblar.

Əl qumbarasının partlaması nəticəsində 3 nəfər xəsarət alıb: 1994-cü il təvəllüdlü L.B., 1991-ci il təvəllüdlü Q.A. və 1983-cü il təvəllüdlü Q.Z.

Onların hər üçünə xəstəxanada müvafiq tibbi yardım göstərilir.

 Polis hadisədən bir neçə saat sonra təqsirləndirilən şəxsi saxlayıb.

Ağırlaşdırıcı şəraitdə adam öldürməyə cəhd, o cümlədən qanunsuz olaraq partlayıcı qurğunun alınması, saxlanması və gəzdirilməsi faktı üzrə Gürcüstan Cinayət Məcəlləsinin 19-109 və 236-cı maddələri ilə istintaq aparılır.

Cinayət 16 ildən 20 ilədək və ya ömürlük həbslə cəzalandırılır.

Bizimlə əlaqə saxlayın