21 
Okt
2022
14:57
349

Avropa Parlamenti Gürcüstan-Ukraynanın işğal olunmuş ərazilərində verilən Rusiya pasportlarını tanımayacaq

Avropa Parlamenti Ukrayna və Gürcüstanın işğal olunmuş ərazilərində Rusiya tərəfindən verilən beynəlxalq pasportların və səyahət sənədlərinin tanınmaması ilə bağlı razılığa gəlib.

InterPress.ge xəbər verir ki, 540 deputat qərarı dəstəkləyib, 6 nəfər əleyhinə səs verib, 36 nəfər isə bitərəf qalıb.

Qanunvericilik təşəbbüsü aktın yekun variantı Avropa Şurası və Avropa Parlamenti arasında müzakirə edildikdən və hər iki qurum tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minəcək.

Avropa Parlamentində qeyd edilib ki, Rusiyanın Krım və Sevastopol, Donetsk, Luqansk, Xerson və Zaporojyeni ilhaq etməsi qanunsuzdur. Həmçinin bildirilib ki, Avropa İttifaqı Rusiyanın Gürcüstan, Abxaziya və Cənubi Osetiyanın işğal olunmuş ərazilərinin müstəqilliyini tanımaq qərarını pisləyir.

Odur ki, Aİ-yə üzv ölkələr və Avropa İqtisadi Zonası müttəfiqləri artıq qeyd olunan bölgələrdə Rusiya tərəfindən verilən səyahət sənədlərini qəbul etməməlidirlər. Təşəbbüsə əsasən, Komissiya Aİ-yə üzv dövlətlərlə məsləhətləşmələr aparmalı və artıq tanınmayan Rusiya səyahət sənədlərinin siyahısını tərtib etməlidir.

Oktyabrın 12-də Avropa Şurası Ukrayna və Gürcüstanın işğal olunmuş ərazilərində Rusiya tərəfindən verilən beynəlxalq pasportların və səyahət sənədlərinin tanınmaması ilə bağlı razılığa gəlib.

Avropa Şurası bəyan edib ki, Avropa İttifaqı iki ölkənin - Gürcüstan və Ukraynanın müstəqilliyini, ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəkləyir.

Krım yarımadasının qanunsuz ilhaqından sonra Rusiya Krım əhalisinə Rusiya beynəlxalq pasportları verib. 2019-cu ilin aprelindən Rusiya bu praktikanı onların nəzarətində olan Donetsk və Luqansk vilayətlərində davam etdirir.

Avropa Şurasına görə, işğal olunmuş rayonlarda Rusiya pasportlarının sistemli şəkildə verilməsi beynəlxalq hüququn növbəti dəfə pozulması və Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə növbəti müdaxilədir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər