21 
Okt
2022
12:44
262

Qubernator: Ruslar Zaporojyeni S-300 raketləri ilə bombaladılar, yaralananlar var

"Rusiya qüvvələri bu gün səhər saatlarında Zaporojyeyə S-300 raketləri ilə hücum edib, nəticədə yaşayış binaları və infrastruktur obyektləri dağıdılıb”.

InterPress.ge xəbər verir ki, bu barədə Zaporojye Vilayətinin Hərbi Administrasiyasının rəhbəri Aleksandr Starux bildirib.

Onun sözlərinə görə, hücum nəticəsində çoxmərtəbəli yaşayış binasının qaz sisteminə ziyan dəyib, yanğın başlayıb və divar uçub. İlkin məlumata görə, 3 nəfər xəsarət alıb.

Hadisə  yerində müvafiq xidmətlər işləyir.

Bundan əlavə, qubernatorun məlumatına görə, Rusiya qüvvələri Zaporojye vilayətində birində yerləşən məktəbi bombalayıb.
“Məktəbin damı zədələnib, pəncərələri sındırılıb. Zərbələr həmçinin infrastruktur obyektlərində və açıq ərazilərdə də qeydə alınıb”, - Starux bildirib

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər