Tetritskaro-Bolnisi yolunda təmir-bərpa işləri nə vaxt başa çatacaq?
Tetritskaro-Dağeti-Topani-Bolnisi avtomobil yolunun 6 km-lik hissəsinin bərpası yekunlaşmaq mərhələsindədir.
InterPress.ge xəbər verir ki, bununla bağlı Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti məlumat verib.
Sözügedən yol Tetritskaro və Bolnisi bələdiyyələrini birləşdirir.
Layihədə yolun texniki göstəricilərinin yaxşılaşdırılması, yol örtüyünün bərpası, suötürücülərin və mövcud süni konstruksiyaların təmiri və yenilərinin təşkili; birləşmələrin, sakinlərin həyətlərinə və avtobus dayanacaqlarına girişlərinin təşkili; Həmçinin yolun hərəkət hissəsinin nişanlanması və yol nişanlarının düzülməsi nəzərdə tutulur.
Layihənin dəyəri 4,1 milyon lari təşkil edir və bu ilin noyabrında başa çatdırılması planlaşdırılır.


