20 
Okt
2022
16:24
347

DİN cinsi xarakterli hərəkətlər və məcburetmə ittihamı ilə 2 nəfəri saxladı

Daxili İşlər Nazirliyi Kutaisidə cinsi xarakterli hərəkətlər və məcburetmə ittihamı ilə 2 nəfəri saxlayıb.

InterPress.ge xəbər verir ki, Daxili İşlər Nazirliyi bununla bağlı məlumat yayıb.

Hüquq-mühafizə orqanları təqsirləndirilən şəxslərdən birini məktəbin yaxınlığında məktəblilərlə cinsi məzmunlu söhbətlər edərkən və onların cinsiyyət orqanlarına əlləri ilə toxunmağı xahiş edərkən saxlayıb.

Daxili İşlər Nazirliyinin İmereti, Raca-Leçxumi və Kvemo Svaneti Polis Şöbələrinin Kutaisi Şəhər Bölməsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Kutaisi şəhərində 1977-ci il təvəllüdlü D.Z. -ni yetkinlik yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmə ittihamı ilə, 1988-ci il təvəllüdlü Q.R.-ni isə cinsi xarakterli hərəkətlərə görə saxlayıblar.

Araşdırma zamanı müəyyən edilib ki, D.Z. azyaşlı qızı Kutaisi şəhəri, Qumathes qəsəbəsində yerləşən məktəblərdən birinin yaxınlığından avtomobillə təyinat yerinə aparmağı təklif edib və müəyyən məsafə qət etdikdən sonra mobil telefonunu ona verməyə məcbur edib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirdikləri kompleks əməliyyat -istintaq tədbirləri nəticəsində D.Z. -ni tezliklə saxlayıblar.

İkinci təqsirləndirilən şəxs - Q.R.-yə gəlincə, o, məktəblərdən birinin yaxınlığında məktəblilərlə cinsi məzmunlu söhbətlər apararaq, onların cinsiyyət orqanlarına əlləri ilə toxunmağı xahiş edib. O, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tezliklə saxlanılıb.

Gürcüstan Cinayət Məcəlləsinin 150 və 138-ci maddələri ilə cinsi hərəkətlər və məcburetmə faktları üzrə istintaq davam etdirilir.

Bizimlə əlaqə saxlayın