Polis axtarışda olan şəxsi saxladı
Polis qəsdən adam öldürmə hadisəsi ilə bağlı axtarışda olan şəxsi saxlayıb.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat verib.
"Birgə həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində əvvəllər dəfələrlə məhkum olunmuş 1987-ci il təvəllüdlü V.Q. Tbilisidə saxlanılıb. O, cari il sentyabrın 11-də Quriyada qəsdən adam öldürmə və qanunsuz olaraq odlu silah-sursat əldə etmə, saxlama və gəzdirməyə görə axtarışda olub.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs 2022-ci il sentyabrın 11-də Ozurqeti bələdiyyəsində 1999-cu il təvəllüdlü Q.R.-ni odlu silahdan açdığı atəşlə yaralayıb və hadisə yerindən qaçaraq gizlənib. Yaralı xəstəxanada dünyasını dəyişib.
13 sentyabr 2022-ci ildə V.Q.-yə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi və 236-cı maddəsinin 3 və 4-cü hissələri ilə qiyabi ittiham irəli sürülüb, barəsində həbs-qətimkan tədbiri seçilib və barəsində axtarış elan edilib", - məlumatda qeyd olunub.
Cinayətlər 15 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.


