20 
Okt
2022
15:10
1825

Gürcüstan vətəndaşlarının bu ölkələrə vizasız gediş-gəlişi ilə bağlı danışıqlar aparılır

Vizasız gediş-gəlişlə bağlı bir neçə ölkə ilə daxili prosedurlar davam edir.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan parlamentində “Nazir saatı” çərçivəsində çıxışı zamanı xarici işlər naziri bəyan edib.

İlia Darçiaşvilinin sözlərinə görə, söhbət İrlandiya, Peru, Filippin Respublikası, Honduras və çoxmillətli Boliviya dövlətindən gedir. 

2022-ci ildə Birləşmiş Ərəb Əmirlikləri, Laos Xalq Demokratik Respublikası və Kamboca ilə vizasız səyahət sazişləri qüvvəyə minib. Saint Lucia ilə vizasız səyahət müqaviləsi imzalanıb. Bundan əlavə, Vyetnam Sosialist Respublikası və Namibiya ilə vizasız səyahət sazişlərinin imzalanmasına başlanılıb.

28 mart 2017-ci il tarixindən etibarən biometrik pasporta malik Gürcüstan vətəndaşları Aİ/Şengen üzvü olan ölkələrə vizasız getmək imkanə əldə ediblər.

Bizimlə əlaqə saxlayın