Gürcüstanda un yenidən bahalaşa bilər
"Buğdaya ixrac gömrük rüsumu kəskin şəkildə artır - dəyirmanlar və yerli istehsal dayanma problemi ilə üzləşir. Çox güman ki, yenidən Gürcüstana un idxal ediləcək".
InterPress.ge xəbər verir ki, bunu “Gürcüstan Buğda və Un İstehsalçıları Assosiasiyası”nın icraçı direktoru Levan Silaqava deyib.
Onun sözlərinə görə, Rusiyanın buğdaya ixrac rüsumu hər həftə 50% artıb.
“Buğda dəhlizinin işinin davam etməməsi riski var. Bundan sonra qiymətlərin qalxması ehtimalı var. Ümumilikdə, Rusiyanın buğdaya həftəlik ixrac rüsumu 50% artıb və 47 dollara yüksəlib. Son 2 ayda böyük buğda yığımı qiymətlərin aşağı enməsinə şərait yaradıb. Sonra buğda ucuzlaşdı və dəyirmanlar işə başladı. Bu gün təəssüf ki, əks vəziyyət yaranıb, dəyirmanlar ixrac gömrük rüsumunun kəskin şəkildə artması səbəbindən yenidən dayanacaqları fazaya daxil olurlar", - deyə o söyləyib.


