20 
Okt
2022
11:01
414

Gürcüstandan Azərbaycana qanunsuz keçmək istəyən iki nəfər saxlanıldı - FOTO

Oktyabrın 20-də saat 01:20-də Gürcüstandan Azərbaycan istiqamətində naməlum şəxslər tərəfindən dövlət sərhədinin pozulması müşahidə edilib.

InterPress.ge xəbər  verir ki, bu barədə Azərbaycan Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Bildirilib ki, dövlət sərhədini pozmuş 1-i azyaşlı olmaqla, 2 nəfər Azərbaycan vətəndaşı saxlanılıb.

Fakt üzrə araşdırma tədbirləri dаvаm еtdirilir.

Bizimlə əlaqə saxlayın