19 
Okt
2022
16:08
333

Türkiyə prezidenti: "Türkiyə təbii qaz mərkəzi olacaq"

"Türkiyə təbii qaz mərkəzi olacaq".

InterPress.ge xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“İndi Avropa təbii qazı haradan əldə edəcəyini tapmağa çalışır. Türkiyənin belə bir problemi yoxdur. İndi Türkiyə təbii qaz mərkəzi olacaq. Cənab Putinlə son görüşümüzdə bu məsələdə razılığa gəldik və Rusiyadan alınan qazla burada qovşaq yaradacağıq və onun özünün dediyi kimi, Avropa Türkiyədən qaz ala biləcək”, - deyə Ərdoğan bildirib.

Yeni mərkəzin yaradılması ideyasını Rusiya prezidenti Vladimir Putin Astanada Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı səsləndirib. Daha sonra Türkiyə prezidenti Rusiyadan alınan təbii qazın Avropaya paylanacağı qovşaq üçün uyğun ərazi kimi Trakya bölgəsini göstərib.
 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər