19 
Okt
2022
15:52
485

Təkəli kənd sakinləri Kvemo Kartli Qubernatoru Qiorqi Doxturişvili ilə görüşdü

Bu gün 19 oktyabr tarixində,Təkəli kənd sakinləri Kvemo Kartli Qubernatoru Qiorqi Doxturişvili ilə görüşüb. 

Kənd sakinləri bununla bağlı InterPress.ge-yə açıqlama veriblər.

Görüş zamanı kənd sakinləri  Qubernatora  yeganə gəlir mənbəyi olan, hər il  əkib - becərdikləri kənd təsərrüfatı torpaqlarının onlardan xəbərsiz,  bir qrup şəxs tərəfindən 30 illik  dövlətdən icarəyə götürüldüyünü bildiriblər. Kənd sakinləri qeyd ediblər ki,  hər il bu torpaqları istifadə etdiklərinə görə dövlətə vaxtı - vaxtında vergi (nalox) ödəyirdilər  və  torpaqları becərdiklərinə  baxmayaraq, əkin sahələri bir qrup şəxsə icarəyə verilib. Onlar Qubernatordan bu məsələnin araşdırılmasını, alınan qərarın ləğv olunmasını və  kənd təsərrüfatı torpaqlarının kənd sakinlərinə  icarə verilməsini xaiş ediblər.

"Bu gün biz hörmətli Qubernatorumuzla görüş keçirdik və bizim torpaq problemimizin həllində ondan yardım istədik. Bizim əkdiyimiz – becərdiyimiz torpaqları , bizə bildirilmədən icarəyə veriblər. Biz bu hadisəni biləndən sonra, narazılıq etdik və qərara gəldik ki, Kvemo - Kartlı Qubernatoru Qiorqi Doxturişvili ilə görüşək. Bu torpaqlar kənd camaatının əkib becərdiyi yerdir. Əvvəllər bu torpaqlar istifadəyə yararsız idi. Biz kənd camaatı öz zəhmətimizlə  bu torpaqları daşdan - alaqdan təmizləyərək və suvarma kanalları çəkərək, istifadəyə yararlı hala gətirdik və ailələrimizi dolandırmaq, özladlarımızın gələcəyi üçün bu torpaqları becərməyə başladıq.  Ancaq sentyabr ayında bildik ki,  yeganə gəlir mənbəyimiz  olan, zəhmətlə əkib - becerdiyimiz torpaqlarımız bir qrup şəxs tərəfindən bizdən xəbərsiz dövlətdən 30 illik  icarəyə götürülüb. Biz öz çətin vəziyyətimizi cənab Qiorqiyə bildirdik. Əgər o torpaqlar bizdən alınsa, biz çox çətin vəziyyətə düşəcəyik və kənd sakinləri öz ailəsini dolandıra bilməyəcək. Hamımızın bankda borcları var və borclarımızı  bu torpaqlarda əkib-becərdiyimiz məhsullar ilə ödəyirik.  Bu torpaqlar bizim dolanmamız  üçün yeganə yerdir və bizim güzəranımız bu torpaqlardan aslıdır.

Qarşılaşdığımız bu çətinlikləri Hörmətli Qubernatorumuza bildirdik.  Çox sağ olsunlar, bizi çox yaxşı qarşıladılar və diqqətlə dinlədilər. Bizə söz verdilər ki, bu məsələni yaxşı araşdıracaqlar və çalışdıqları qədər xoş xəbər deyəcəklər. Bir daha Qubernatorumuza və onun müavininə bizi qəbul etdiklərinə ve göstərdikləri diqqətlərinə görə öz dərin təşəkkürümüzü bildiririk!" - Təkəli kənd sakini Şirin Əhmədov bildirir.

Kvemo Kartli bölgəsi üzrə Dövlət qəyyumu –Qubernator Administrasiyasından Təkəli kənd sakinlərinə bildirildi ki, ən yaxın zamanda onlara bu məsələ ilə əlaqədar rəsmi cavab bildiriləcək.

 

 

Bizimlə əlaqə saxlayın