19 
Okt
2022
15:42
368

"Əhalinin Xersondan köçürülməsi “təbliğat şousudur”

Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Yermak bildirib ki, Rusiya işğalçı hakimiyyəti Xerson sakinlərini “şəhərin bombalanması ilə bağlı yalan xəbərlərlə” qorxutmağa və “evakuasiya ilə bağlı təbliğat şousu təşkil etməyə çalışır. "

InterPress.ge xəbər verir ki, o, bunu “ibtidai taktika” adlandırıb və bildirib ki, Ukrayna silahlı qüvvələri Ukrayna şəhərlərini bombalamayacaq.

Xersonda sakinlərin “mütəşəkkil hərəkəti” Dnepr çayının sağ sahilindən müvəqqəti yaşayış obyektlərinin yerləşdiyi sol sahilə doğru başlayıb. TASS bu barədə regionun işğalçı hakimiyyət orqanlarına əsaslanaraq məlumat yayıb.

Bundan əvvəl Xerson vilayətinin  işğalçı hakimiyyət orqanları 50-60 min sakini Dnepr çayının sol sahilinə və Rusiyanın bölgələrinə köçürmək niyyətində olduqlarını bəyan etmişdilər.

Həmçinin bölgənin işğalçı administrasiyası əhaliyə SMS mesajlar göndərərək, onlardan mütəşəkkil şəkildə Xersonu tərk etməyi tələb edir və “Ukrayna silahlı qüvvələrinin yaşayış məntəqələrini bombalayacağı” barədə xəbərdarlıq edirdi.

Ukraynadakı Rusiya qoşunlarının birləşmiş qrupunun komandiri Sergey Surovikin bildirib ki, Xersonla bağlı “çətin qərarlar”ın qəbulu variantını istisna etmək olmaz, çünki onun öz hesablamalarına görə, Xersonda vəziyyət “çətindir”.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər