19 
Okt
2022
13:25
439

Polşadan gətirilən dondurulmuş toyuq ətinin sanitar normalara uyğun olmadığı müəyyən edilib

Polşadan gətirilən 52 min kiloqram dondurulmuş toyuq ətinin laborator müayinəsi nəticəsində malların sanitar normalara uyğun olmadığı aşkarlanıb.

InterPress.ge xəbər verir ki, bununla bağlı Gəlirlər Xidməti məlumat verib.

“Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük Departamentinin Sanitar, Fitosanitar və Baytarlıq Nəzarəti İdarəsinin əməkdaşları tərəfindən Polşa Respublikasından gətirilən dondurulmuş toyuq ətinin (52 min kiloqram) laboratoriya müayinəsi nəticəsində malların sanitar normalara uyğun olmadığı aşkar edilib”, - Gəlirlər Xidmətinin yaydığı məlumatda deyilir.

Gürcüstan hökumətinin 463 saylı “Baytarlıq sərhəd-karantin nəzarətinin həyata keçirilməsi qaydaları” qərarının 16-cı maddəsinə uyğun olaraq qeyd olunan mallar məhv edilib.
 

Bizimlə əlaqə saxlayın