19 
Okt
2022
10:53
599

Marneuli-Sadaxlı yolunda təmir-bərpa işləri nə vaxt başa çatacaq?

Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti Marneuli-Sadaxlı yolunda ümumilikdə 28 km-dək təmir işləri aparır.

InterPress.ge xəbər verir ki, bununla bağlı Avtomobil Yolları Departamenti məlumat verib.

Məlumata görə, dövri təmir işləri çərçivəsində asfalt-beton örtüyü döşənib, zədələnmiş yol nişanları yenilənib, yolda üfüqi nişanlanma işləri aparılıb.

“İş tamamlanma mərhələsindədir və onun dəyəri 8 mln. lari təşkil edib.

Marneuli-Sadaxlı yolu Ermənistan Respublikasının sərhədinə qədər aparır və yol infrastrukturunun düzəldilməsi yerli əhali və hərəkət iştirakçıları, eləcə də tranzit nəqliyyat üçün böyük əhəmiyyət kəsb edir.

Qeyd edək ki, Kvemo Kartli regionunda Avtomobil Yolları Departamenti hazırda 20-yə yaxın layihə həyata keçirir ki, bu layihə çərçivəsində 130 km-ə qədər avtomobil yollarında reabilitasiya-dövri təmir işləri və 5 körpünün tikintisi aparılır", - dərc olunan məlumatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər