18 
Okt
2022
16:26
331

Donetsk vilayətinin Liman şəhərində 5 uşağın meyiti tapılıb

Rusiya işğalçılarından azad edilən Donetsk vilayətinin Liman şəhərində 5 uşağın meyiti tapılıb.

InterPress.ge xəbər verir ki, bununla bağlı Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.

"Polis 2021, 2019, 2018-ci il təvəllüdlü qızların, həmçinin 2011 və 2012-ci il təvəllüdlü oğlanların meyitlərini tapıb. Məhkəmə-tibbi ekspertizadan sonra uşaqlar yenidən torpağa tapşırılacaq", - məlumatda deyilir.

Məlumatda müstəntiqlərin kütləvi məzarlıqda 4 uşaq meyiti tapdığı bildirilib, 1 oğlan isə anası tərəfindən həyətdə basdırılıb. 

Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi başlayandan bəri Donetsk vilayətində şiddətli döyüşlər gedir. Donetsk vilayət hərbi administrasiyasının rəhbəri Pavel Kirilenkonun sözlərinə görə, Ukrayna silahlı qüvvələrinin payız əks-hücumuna qədər Ukrayna regionun 45%-nə, sentyabrın 26-na olan məlumata görə isə 50%-nə nəzarət edirdi.

Oktyabrın 17-nə olan məlumata görə, Donetsk vilayətinin azad edilmiş ərazilərində 43 kütləvi məzarlıq aşkar edilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər