Krasnodarda hərbi təyyarənin yaşayış binasına çırpılması nəticəsində 13 nəfər ölüb, 19 nəfər yaralanıb.
InterPress.ge xəbər verir ki, bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsi məlumat yayıb.
Məlumata görə, ölənlər arasında 3 uşaq da var.
İstintaq Komitəsinin məlumatına görə, indiki mərhələdə Su-34-ün qəzaya uğramasının əsas səbəbi təyyarənin texniki nasazlığı hesab edilir.
Dünən, oktyabrın 17-də Rusiya Federasiyasının Eysk şəhərində Su-34 hərbi təyyarəsi yaşayış binasının üzərinə düşüb. Rusiya Müdafiə Nazirliyi bildirir ki, təyyarə təlim uçuşu yerinə yetirərkən qəzaya uğrayıb.
