Kutaisi meriyasında oğurluq hadisəsi baş verib
Səhər saatlarında Kutaisi meriyasından “Mtavari Arxi”nin müxbirinin noutbuku və “TV Pirveli”nin kamerası götürülüb.
InterPress.ge xəbər verir ki, müşahidə kameralarında naməlum şəxsin şəhər meriyasının media mərkəzinə pəncərəni sındıraraq daxil olduğu qeydə alınıb.
Kutaisi meriyasında araşdırmalar hələ də davam edir.
“TV Pirveli”nin çəkiliş qrupu deyir ki, kifayət qədər bahalı kamera oğurlanıb.
"Kutaisi meriyasının media mərkəzinə gələndə gördüm ki, polis səfərbər edilib və istintaq tədbirləri başlayıb. Soruşanda məlum oldu ki, mənim kameram, televiziyaya məxsus kamera və ofisdə olan noutbuk götürülüb. Polisin bizə bildirdiyinə görə, kameralarda qeydə alınan şəxs yetkin şəxsdir", - "TV Pirveli"nin operatoru bildirib.


