18 
Okt
2022
11:29
336

Vardzia Muzeyinin yaxınlığında dağın yamacından daşlar düşüb

Vardzia Muzeyinin yaxınlığında dağın yamacından daşlar düşüb. 

InterPress.ge xəbər verir ki, Milli Mədəni İrs Agentliyinin məlumatına görə, hadisə nəticəsində abidəyə təhlükə olmayıb.

Bildirilib ki, oktyabrın 18-də səhər saatlarında Vardzia Muzeyinə giriş hissəsinin yaxınlığında dağın yamacından daşlar düşməyə başlayıb (daşlar yuvarlanıb).

Qeyd edildiyinə görə, bu, mədəni irs abidəsi - Vardzia Monastır Kompleksindən uzaqda baş verib.

Hadisə nəticəsində abidəyə ziyan dəyməyib.

Bizimlə əlaqə saxlayın