18 
Okt
2022
11:10
311

Dələduzluq yolu ilə külli miqdarda dövlət əmlakını əldə edən iki şəxs barəsində cinayət işi başlanıb

Saxta rəsmi sənədlərdən istifadə etməklə dələduzluq yolu ilə külli miqdarda dövlət əmlakını ələ keçirdiklərinə görə iki şəxs barəsində cinayət işi başlanıb.

InterPress.ge xəbər verir ki, bununla bağlı Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti məlumat verib.

Məlumata görə, istintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər 2021-ci ildə saxta sənədlərlə Duşeti bələdiyyəsində bazar dəyəri 426 958 lari olan 9100 kv.m dövlət torpaq sahəsinə mülkiyyət hüququ əldə ediblər.

Təqsirləndirilən şəxslərin saxta sənədlərlə ümumi dəyəri 1 milyon 650 min 640 lari olan 3 torpaq sahəsini dövlət qeydiyyatına almağa cəhd etdikləri də müəyyən edilib və operativ və effektiv araşdırma nəticəsində bunun qarşısı alınıb.
 

Bizimlə əlaqə saxlayın