Almaniya səfiri müxalifətin ona qarşı işləddiyi ifadələrə cavab verdi
"Heç vaxt görüşmədiyim və mənim haqqımda məlumata sahib olmayan insanların mənə qarşı işlədikləri ifadələrindən təəccüblənirəm".
InterPress.ge xəbər verir ki, bu haqda Almaniyanın fövqəladə və səlahiyyətli səfiri Hubert Knirş Səhiyyə naziri Ekaterine Tikaradze ilə görüşündən sonra qeyd edib.
Onun bildirdiyinə görə, Gürcüstanda və başqa ölkələrdə siyasi məsələlər müzakirə edildikdə çox pis ifadələrdən və jestlərdən istifadə edirlər.
"Sevinirəm ki, koronavirusla bağlı ölkənin əldə etdiyi uğur münasibət ilə naziri şəxsən təbrik etmək imkanım oldu. 2 ölkə arasında mövcud məsələləri eləcədə hava uçuşları məsələsinə toxunduq. Almaniya və Gürcüstan arasında uçuşlar mərhələli şəkildə baş tutacaq. Sevindirici haldır ki konstitusiya dəyişikliyi qəbul edilib. Heç vaxt görüşmədiyim və mənim haqqımda məlumata sahib olmayan insanların mənə qarşı işlədikləri ifadələrindən təəccüblənirəm. Əsas odur ki konstitusiya dəyişikliyi qəbul edilib və bu məni çox sevindirir", - deyə səfir deyib.