Axalkalakidə 22 yaşlı gənc yol qəzasında ölüb.
InterPress.ge xəbər verir ki, bu barədə "Samxretis Karibce" məlumat yayıb.
Nəşrin məlumatına görə, küçədə gedən 22 yaşlı oğlanı avtomobil vurub. Yaralı Axalkalaki xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Yol-nəqliyyat hadisəsi Daxili İşlər Nazirliyinin binasının qarşı tərəfində baş verib, hadisə yerinə patrul polisinin əməkdaşları səfərbər edilib.
