Vake parkında baş verən faciənin videogörüntüləri yayıldı
Vake parkında faciədən bir neçə dəqiqə əvvəl çəkilən videogörüntülər yayılıb.
InterPress.ge xəbər verir ki, görüntüləri “Tvpirveli” yayımlayıb.
Video görüntülərdə 55 saylı məktəbin iki şagirdi Lazare və Andrianın fəvvarəyə girdiyi görünür.
Kadrlarda 55 saylı məktəbin şagirdlərinin "çıxın" səsləri eşidilir. Lazare kadrdan yoxa çıxır, yeniyetmə suya batır. Uşaqlar həyəcanlanmağa başlayırlar, sudan çıxan Andria geri dönüb fəvvarənin mərkəzinə doğru üzür. O, güclü elektrik cərəyanı vurduqdan sonra bir neçə saniyə ərzində suya yıxılır.
Xatırladaq ki, bu il oktyabrın 13-də Vake parkında 3 uşaq topu götürmək üçün fəvvarə girib və onları elektrik cərəyanı vurub. Uşaqlar təcili yardım maşını ilə klinikaya aparılıb. Uşaqlardan birinin, 13 yaşlı qız Marita Meparişvilinin vəziyyəti əvvəldən ağır olub və o, Xeçinaşvili klinikasında dünyasını dəyişib.


