16 
Okt
2022
09:17
1262

Qardabani yolunda qanlı hadisə - Bir nəfər bıçaqlandı

Rustavidə Mşenebelta küçəsində yerləşən “Haydelberq” sement zavodunun yaxınlığında bir nəfər bıçaqlanıb.

InterPress.ge xəbər verir ki, Rustavi-Qardabani yolunda qanlı qarşıdurma qarşılıqlı mübahisə zəminində başlayıb.  

Məlumata görə, iki qardaş və bir əmi oğlu 40 yaşlı şəxsə əvvəlcə fiziki təzyiq göstərib, sonra onu aşağı ətraf nahiyəsindən yaralayıb və qaçıblar.

Mövcud məlumata görə, 40 yaşlarında kişi soyuq silahla yaralanıb.

Təcili yardım briqadası yaralını Qardabani bələdiyyəsində yerləşən Geo-hospitals klinikasına çatdırıb.

Klinikadan verilən məlumata görə, pasiyentə müvafiq tibbi yardım göstərilib və hazırda onun səhhəti stabildir. Tibb müəssisəsindən bildirilib ki, kişinin həyatı üçün təhlükə yoxdur.

Rustavi polisi artıq hadisədə iştirak edən qardaşlardan birini və onların əmisi oğlunu saxlayıb, üçüncü təqsirləndirilən şəxsin yerinin müəyyən edilməsi və saxlanılması istiqamətində əməliyyat-istintaq tədbirləri aparılır.

 Hadisə ilə bağlı Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma (117-ci) maddəsi ilə araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın