InterPress.ge xəbər verir ki, magistral yolda yüksək sürətlə hərəkət edən “Nissan” markalı avtomobilin sürücüsü sükanı idarə edə bilməyib və yolun hərəkət hissəsindən çıxıb.
Avtomobil əvvəlcə yolun ortasındakı beton bəndə çırpılıb, daha sonra hərəkətini davam etdirərək sağ tərəfə keçib və bu zaman metal bəndə çırpılaraq dayanıb.
Hadisə yerinə bir neçə polis və təcili yardım briqadası səfərbər edilib.
Avtomobildə olan iki nəfərə yerindəcə ilkin tibbi yardım göstərilib, onları klinikaya aparmaq lazım olmayıb.
