29 
Iyn
2020
17:44
1940

Diplomatlar konstitusiya dəyişikliklərinin dəstəklənməsi haqda bəyanat yayırlar

Konstitusiya dəyişikliklərinin uğurla sona çatmasına dəstək olan hər kəsi alqışlayırıq. Təəssüflər olsun ki, bəzi partiyalar bu dəyişikliyi dəstəkləmədi.

InterPress.ge xəbər verir ki, bu haqda siyasi dialoq iştirakçıları səfirlər birgə açıqlamalarında vurğulayıblar.

Açıqlamanı Avropanın Gürcüstandakı şurası yayır.

“Gürcüstan parlamentini bu gün münasibəti ilə təbrik edirəm. Dəyişikliklər parlamentə daha çox nümayəndə toplamağı və pluralizmi artırmaqdır. Təəssüflər olsun ki, 8 mart razılaşması ilə əlaqədar müxtəlif asılılıqlardan dolayı bəzi partiyalar səsvermədə iştirak etmədilər.

Bu dəfə isə biz bütün tərəfləri ATƏT-in seçki islahatlarına qoşulmağa çağırırıq. Bu islahatlar ədalətli, demokratik, şəffaf seçkilərin keçirilməsinə əlverişlilik yaradacaq. Sonda isə bütün tərəflərə müraciə edirik ki, bu prosesdə bizə hörmətlə yanaşsınlar”, - deyə səfirlərin birgə bəyənatında qeyd edilib.

Bizimlə əlaqə saxlayın