14 
Okt
2022
14:15
762

“İxracın 90%-i Rusiyaya yönəlib və bu, xeyli risklər gətirir”

“Cari ilin sentyabr ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə meyvə-tərəvəz ixracında 10-15% azalma gözlənilir".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Meyvə və Tərəvəz İxracatçıları Assosiasiyasının sədri Vaxtanq Bejitaşvili bildirib.

O, ixracın azalmasını geosiyasi qeyri-sabitliklə izah edib və bildirib ki, meyvə-tərəvəz ixracını Rusiya istiqamətindən daha sabit və perspektivli bazarlara yönləndirmək lazımdır.

Onun sözlərinə görə, ixracın azalması Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı mövcud və gözlənilən qeyri-sabitliklə bağlıdır.

“Bu biznes artıq kifayət qədər böyük risklərlə bağlıdır, çünki məhsullar tez xarab olur və bu mərhələdə bu və ya digər bazardan gözləntilər qeyri-sabitdir. Bütün bunlar ixracın azalmasına gətirib çıxarır” – Bejitaşvili “Business Georgia”ya deyib.

Assosiasiya sədrinin sözlərinə görə, ixracın 90%-i Rusiyaya yönəlib və bu, xeyli risklər gətirir.

“Bazarlarda mütləq diversifikasiya lazımdır ki, ixracımız təkcə Rusiyaya yönəlməsin. Bizim Avropa ölkələrində potensialımız var. Bu istiqamətdə özəl sektor dövlətlə birgə işləməlidir və nəticə mütləq olacaq”, - Vaxtanq Bejitaşvili deyib.
 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər