Vake parkının baş bağbanı: "Üçüncüyə çata bilmədim, dərində idi və çox güclü cərəyan var idi"
Vake parkının baş bağbanı Devi Mezurnişvili bildirib ki, uşaqlar fəvvarədən çıxarılanda huşsuz vəziyyətdə idilər, o, onlardan ikisini çıxara bilsə də, cərəyan onu da vurduğu üçün 13 yaşlı Marita Meparişviliyə kömək edə bilməyib.
InterPress.ge xəbər verir ki, fəvvarədə elektrik cərəyanı vurması nəticəsində halı pisləşən iki yeniyetməni fəvvarədən çıxaran Vake parkının baş bağbanı hadisənin təfərrüatlarından danışıb.
“İnsanlar və uşaqların özləri kömək istəyirdilər, uşaqlar hovuzdan çıxa bilmirlər deyə bağırırdılar. Mən o ərazidə idim, səsi eşidəndə qaçdım, uşaqlar boğulur deyə qışqırırdılar, qaçıb hovuza girdim, fəvvarənin içərisində üç uşağın boğulduğunu gördüm, onları fəvvarədən çəkib çıxarmağa çalışdım, bacardığımı etdim.
Biri yaxında idi, yaxınlaşanda cərəyanı hiss etdim, yenə də getdim, baxdım ki, işi uşaq yenə boğulur. İkinciyə yaxınlaşıb onu çıxara bildim, üçüncüyə çata bilmədim, dərində idi və çox güclü cərəyan var idi, məni titrədirdi, bu zaman fəvvarə söndürüldü. Mən o iki uşağı sudan çıxaran zaman üçüncünü çıxarmaq üçün çox gec oldu, cərəyana görə suya girməkdə çətinlik çəkdim, sonra fəavvarə söndürüldü, amma vaxt qalmamışdı. Uşaqlar huşsuz vəziyyətdə idilər. Çıxaranda onu bura yatırdıq və hamı xilas etməyə çalışdı, sanki sağ qalacaqdı... Nəfəs almırdı, huşunu itirmişdi, oğlan da nəfəs almırdı, onu çıxaranda da belə idi, üçüncü uşaq başını bir az tərpətdirdi. İlkin tibbi yardım göstərdim, hamı bura yığıldı, hamı bu uşaqların nəfəs alması üçün çalışırdı, tezliklə təcili yardım gəldi.
Həmin günün səhəri fəvvarəyə heç kim girməyib. Bu uşaqların haradan gəldiyi və niyə suya girdikləri barədə heç bir fikrim yoxdur. Əvvəlki illərdə fəvvarələr işləyəndə hamı içəri girirdi”, - Mezurnişvili bildirib.
Xatırladaq ki, bu il oktyabrın 13-də 3 uşaq top götürmək üçün Vəke parkındakı fəvvarəyə girib və onları elektrik cərəyanı vurub. Uşaqlar təcili yardım maşını ilə klinikaya aparılıb. Uşaqlardan birinin - 13 yaşlı qızın vəziyyəti ağır olub və o, Xeçinaşvili klinikasında dünyasını dəyişib.


