Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanı görüş üçün Rusiyaya dəvət edib.
InterPress.ge xəbəər verir ki, Putin bu barədə MDB sammitində deyib.
“Biz həm Azərbaycanın liderini, həm də Ermənistanın baş nazirini dəvət etməkdən məmnunuq. Tarix ilə bağlı özünüz razılaşa bilərsiniz və başa düşürəm ki, Rusiyada görüşə maraq var”, - deyə o söyləyib.
Onun sözlərinə görə, bu, istənilən şəhər ola bilər: Soçi, Moskva, Sankt-Peterburq – “istənilən yerdə, istənilən vaxt”.
