14 
Okt
2022
12:15
376

ABŞ Səfirliyi: "13 yaşlı Maritanın ailəsinə, dostlarına və sinif yoldaşlarına başsağlığı veririk"

ABŞ-ın Gürcüstandakı səfirliyi ötən gün Vake parkında baş vermiş hadisədə yeniyetmənin ölümündən kədərləndiyini bildirir və mərhumun ailəsinə başsağlığı verir.

InterPress.ge xəbər verir ki, səfirlik bu barədə Facebook-da yazıb. 

“Tbilisi Dövlət Konservatoriyasında caz kvintetinin bugünkü konserti və oktyabrın 16-da Telavi Musiqi Məktəbində baş tutacaq konserti artıq baş tutmayacaq.

13 yaşlı Maritanın ailəsinə, dostlarına və sinif yoldaşlarına dərin hüznlə başsağlığı veririk. Biz bu faciəvi itkiyə birlikdə yas tutan bütün Gürcüstana qoşuluruq.

Ümid edirik ki, yaralılar tam sağalacaq və bunun üçün dua edirik”, - səfirliyin Facebook səhifəsində qeyd olunub.

Bizimlə əlaqə saxlayın