Marneulidə avtomobil 5 yaşlı uşağı vurdu
Marneuli bələdiyyəsinin Keşəli kəndində baş verən yol qəzası nəticəsində 5 yaşlı uşaq xəsarət alıb.
InterPress.ge xəbər verir ki, uşağı minik avtomobili vurub.
Təcili yardım briqadası yaralı azyaşlını əvvəlcə Rustavi Mərkəzi Xəstəxanasına, sonra isə Tbilisidəki İaşvili klinikasına aparıb.
Mərkəzi xəstəxananın təcili yardım şöbəsinin müdiri Tea Qelaşvilinin verdiyi məlumata görə, pasiyentin yaşı və aldığı xəsarətlərin ağırlığı ilə əlaqədar olaraq, onun ixtisaslaşdırılmış tibb müəssisəsinə köçürülməsinə ehtiyac duyulub.
"Vəziyyəti ağır idi, ona görə də xüsusi klinikaya köçürüldü. İlkin tibbi yardım göstərdik və o, tam diaqnoz qoyularaq klinikadan Tbilisiyə köçürüldü. Böyrəyi zədələnmişdi”, - Tea Qelaşvili deyib.
İaşvili Mərkəzi Uşaq Xəstəxanası bildirib ki, 5 yaşlı qız kritik tibb şöbəsinə yerləşdirilib və hazırda onun səhhəti stabildir.


