13 
Okt
2022
16:13
351

Təhsil naziri ölən şagirdin valideynlərinə və ailə üzvlərinə başsağlığı verir

Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkeli ölən şagirdin valideynlərinə və ailə üzvlərinə başsağlığı verir.

InterPress.ge xəbər verir ki, bu barədə Təhsil və Elm Nazirliyinin rəsmi Facebook hesabında qeyd olunub.

“Tbilisidə dövlət  məktəbinin şagirdinin vəfatı ilə bağlı dərin hüznümü bildirirəm və mərhumun ailəsinə, yaxınlarına, dostlarına və sinif yoldaşlarına dəstəyimi bildirirəm.

Bugünkü hadisə məktəb və nazirlik üçün, eləcə də bütövlükdə Gürcüstan üçün ən ağır faciədir. Hazırda hər birimizin yaşadığı ağrıları sözlə ifadə etmək çətindir.

Bir daha mərhum şagirdin  valideynlərinə və yaxınlarına başsağlığı verir, onlara bu ən çətin anlarda güc və dözüm arzulayıram”, - Mixeil Çxenkeli bildirib.

Bizimlə əlaqə saxlayın