13 
Okt
2022
15:24
362

Gürcüstan Prokurorluğu insanları aldadaraq onların Amerikaya getməsini təmin edəcəyinə inandıran şəxsi saxladı

Gürcüstan Prokurorluğu qabaqcadan əlbir olaraq bir qrup şəxs tərəfindən dələduzluq yolu ilə külli miqdarda pul əldə etmə faktı üzrə məhkəmənin qərarı əsasında bir nəfəri saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Prokurorluq məlumat verib. 

Açıqlamaya görə, iş üzrə aparılan istintaq zamanı zərərçəkmiş Gürcüstan vətəndaşının ailəsi ilə birlikdə Amerika Birləşmiş Ştatlarına işləməyə getmək məqsədilə "FACEBOOK" sosial şəbəkəsi qruplarından birində “Nino” adlı birinin əlaqə nömrəsini axtarması və qeyd edilən şəxsin vətəndaşları guya Meksikadan keçməklə Amerika Birləşmiş Ştatlarının sərhəd məntəqəsinə aparmasını təmin etdiyi məlum olub.

Məlumata görə, zərərçəkmiş adıçəkilən şəxslə əlaqə saxlayıb, təqsirləndirilən şəxs ona oğlu ilə birlikdə ABŞ-da olduğunu bildirib və xüsusi turist dəvətnamələri ilə Meksikaya və daha sonra Meksikadan Amerika Birləşmiş Ştatlarına getmələrini təmin edəcəyini bildirib, əvəzində İspaniyada açılmış bank hesabına 1500 avro, biletlərin məbləği - 52 940 larini isə Ukraynada açılmış hesabına və ya Gürcüstanda yaşayan qohumlarına köçürməyi tələb edib.

Prokurorluğun məlumatına görə, 2022-ci il aprelin 6-da zərərçəkmiş 1500 avronu cinayətkar qrupun verdiyi hesab nömrəsinə, qalan 52 940 larini isə saxta ad və soyadla özünü tanıdan təqsirləndirilən şəxsə verib. Təqsirləndirilən şəxs zərərçəkmişi bir daha əmin edib ki, Amerika Birləşmiş Ştatlarına ailəsi ilə birlikdə problemsiz gedə bilər, çünki bir çox vətəndaşlar artıq ana və oğul vasitəsilə Amerikaya gediblər. 

“Beləliklə, təqsirləndirilən şəxs cinayətkar qrupun indiki mərhələdə istintaq tərəfindən müəyyən edilməmiş digər şəxsləri ilə birgə dələduzluq yolu ilə zərərçəkmişə məxsus külli miqdarda – 58 min lari məbləğində pulu ələ keçirib, bundan sonra zərərçəkmişlə bütün əlaqələrini kəsib. 

Cinayəti törədən şəxs Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 2-ci hissəsinin "A" və 3-cü hissəsinin “B” yarımbəndləri ilə ittiham edilib və burada altı ildən doqquz ilədək müddətə azadlıqdan məhrumetmə nəzərdə tutulur. 

Prokurorluğun vəsatəti əsasında təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaq cinayəti törətməkdə iştirak edən digər şəxslərin müəyyən edilməsi istiqamətində davam etdirilir.

Gürcüstan Prokurorluğu hər kəsi oxşar təkliflərlə bağlı maksimum ehtiyatlı olmağa və mümkün qədər tez hüquq-mühafizə orqanları ilə əlaqə saxlamağa çağırır”, - məlumatda deyilir.
 

Bizimlə əlaqə saxlayın