13 
Okt
2022
15:00
966

Avtomobil sahiblərinin nəzərinə! Yollarda buna nəzarət ediləcək

Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi qanun layihəsi hazırlayıb, ona əsasən, avtomobillərin vizual tüstülərinə instrumental monitorinq aparılacaq. 

InterPress.ge xəbər verir ki, bunu Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlər Komitəsinin iclasında Ətraf Mühitin Mühafizəsinə Nəzarət Departamentinin rəis müavini Neli Korkotadze deyib.

Onun sözlərinə görə, sözügedən pozuntunun aradan qaldırılması prosesinə ilkin olaraq 10 ekipaj cəlb olunacaq.

“İnstrumental ölçmə nəticəsində pozuntu faktı müəyyən ediləcək. İlkin mərhələdə nazirin əmri ilə pilot şəhərlər müəyyən ediləcək. Hazırkı mərhələdə bu qanun pozuntusunun icrası prosesinə 10 nəqliyyat vasitəsi cəlb olunacaq", - deyə Neli Korkotadze bildirib.

 

Bizimlə əlaqə saxlayın