13 
Okt
2022
14:49
355

Vake parkında elektrik cərəyanının vurduğu 13 yaşlı qız dünyasını dəyişdi

Vake parkında baş verən hadisədə elektrik cərəyanının vurduğu 13 yaşlı qız dünyasını dəyişib.

InterPress.ge xəbər verir ki, bu barədə Xeçinaşvili Universitet Klinikasının həkimi məlumat verib. 

Həkimin sözlərinə görə, o, ürək tutması ilə klinikaya yerləşdirilib və reanimasiya tədbirləri nəticəsiz qalıb.

“Bir neçə dəqiqə fərqlə 13 yaşlı iki uşaq gətirildi. İlk pasiyent, oğlan uşağının vəziyyəti sabitləşdi və süni nəfər aparatındadır. Vəziyyəti sabitləşdikdən sonra o, ixtisaslaşmış uşaq klinikasına köçürüldü. 13 yaşlı qıza gəlincə, o, ürək tutması ilə gəldi, reanimasiya tədbirləri nəticəsiz qaldı və bioloji ölüm qeydə alındı”, - deyə həkim bildirib.

 

Bizimlə əlaqə saxlayın