13 
Okt
2022
11:39
771

İstintaq Xidməti 1 325 938 lari məbləğində qanunsuz gəlir əldə edən şəxsi saxladı

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Acarıstan bölgəsində qanunsuz sahibkarlıq fəaliyyəti, külli miqdarda əmlaka zərər vurma, xüsusilə külli miqdarda qanunsuz gəlirləri leqallaşdırma və xüsusilə külli miqdarda vergidən qəsdən yayınma faktları üzrə 1 nəfəri saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə İstintaq Xidməti məlumat verib. 

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs müvafiq lisenziyası olmadan ona məxsus şirkət vasitəsi ilə qanunsuz olaraq ümumilikdə 177 501 kubmetr qum-çınqıl əldə edib, nəticədə 1 milyon 325 min 938 lari məbləğində qanunsuz gəlir əldə edib.

O, həmçinin saxta vergi hesab-fakturalarının hazırlanması və istifadəsi yolu ilə 87 463 lari məbləğində saxta ƏDV aktivi yaradıb və sonradan şirkətin cari vergi öhdəliklərini ödəmək üçün istifadə edib.

Qeyd olunanlarla yanaşı, təqsirləndirilən şəxs vergi qanunvericiliyini pozaraq, sahibi olduğu şirkətin gəlirləri barədə sistematik olaraq düzgün olmayan bəyannamələr verib, bu yolla dövlət büdcəsinə ümumilikdə 534 min 418 lari ödəməkdən yayınıb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 9 ildən 12 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutan 192, 185, 194 və 218-ci maddələri ilə aparılır.
 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər