Gürcüstanın müdafiə naziri Brüsseldə səfərdədir
Gürcüstanın müdafiə naziri Cuanşer Burculadze Brüsseldə səfərdədir.
InterPress.ge xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat verib.
Məlumata görə, oktyabrın 12-13-də NATO-nun mənzil-qərargahında alyansa üzv və tərəfdaş ölkələrin müdafiə nazirlərinin görüşləri keçiriləcək.
Qurumun məlumatına görə, müdafiə naziri proqram başlamazdan əvvəl artıq NATO-nun baş katibi Yens Stoltenberqlə görüş keçirib.
“Cuansher Burculadze ABŞ Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilən Ukraynanın təmas qrupunun görüşündə iştirak edəcək. İclasda Ukraynadakı mövcud vəziyyət, ölkənin ehtiyac və imkanları, eləcə də gələcək perspektivlər və NATO-ya üzv və qeyri-üzv ölkələrin Ukraynaya yardım imkanları müzakirə olunacaq.
Səfər çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır. Cuanşer Burculadze NATO Hərbi Komitəsinin sədri, admiral Rob Bauerlə görüşəcək. Tərəflər təhlükəsizlik problemlərini, Gürcüstanın müdafiə qabiliyyətini gücləndirmək məqsədilə NATO-Gürcüstan uyğunluğunun gücləndirilməsi və NATO-Gürcüstan praktiki əməkdaşlığının dərinləşdirilməsi məsələlərini müzakirə edəcəklər. Müdafiə Nazirliyinin rəsmisi həmçinin NATO baş katibinin kəşfiyyat və təhlükəsizlik sahəsində köməkçisi Devid Katler ilə də görüşəcək”, - məlumatda deyilir.


